My analyzes...^_^ (Part 1) [40 Movies]
Analizlərim və fikirlərim. (40 Film)
1. The Time Traveler's Wife (2009)
2. Guilty (2011) [Présumé coupable- Haftbefehl]
3. 1408 (2007)
4. The Hobbit : The Desolation of Smaug (2013)
5. Take me Home (2011)
6. Philomena (2013)
7. Lilya F-ever (2002)
8. Dogville (2003)
9. Evil (2003) [Odnskan]
10. Bang Bang You're Dead (20023)
11. Something The Lord Made (2004)
12. Murder in the First (1995)
13. Persona (1966)
14. In My Father's Den (2004)
15. The Whistleblower (2010)
16. Funny Games (1997) (2007)
17. Freedom Writers (2007)
18. Temple Grandin (2010)
19. The Life of David Gale (2003)
20. Sling Blade (1996)
21. Foxcatcher (2014)
22. 99 Francs (2007)
23. A Clockwork Orange (1971)
24. Wild Tales (2014)
25. Fate (2001) [Yazgi]
26. Jacob's Ladder (1990)
27. Marshland (2014) [La isla minima]
28. Inside (2007) [À l'intérieur]
29. Dogtooth (2009) [ Kynodontas]
30. in Bruges (2008)
31. Antichrist (2009)
32. 12 Angry Men (1957)
33. Full Metal Jacket (1987)
34. The Tribe (2014) [Plemya]
35. James Boy (2014)
36. Earthlings (2005)
37. Letters to Father Jacob (2009) [Postia pappi Jaakobille]
38. The Breakfast Club (1985)
39. Angels of Universe (2000) [Englar Alheimsins]
40. Reconstruction(2003)
1. The Time Traveler's Wife (2009)
2. Guilty (2011) [Présumé coupable- Haftbefehl]
3. 1408 (2007)
4. The Hobbit : The Desolation of Smaug (2013)
5. Take me Home (2011)
6. Philomena (2013)
7. Lilya F-ever (2002)
8. Dogville (2003)
9. Evil (2003) [Odnskan]
10. Bang Bang You're Dead (20023)
11. Something The Lord Made (2004)
12. Murder in the First (1995)
13. Persona (1966)
14. In My Father's Den (2004)
15. The Whistleblower (2010)
16. Funny Games (1997) (2007)
17. Freedom Writers (2007)
18. Temple Grandin (2010)
19. The Life of David Gale (2003)
20. Sling Blade (1996)
21. Foxcatcher (2014)
22. 99 Francs (2007)
23. A Clockwork Orange (1971)
24. Wild Tales (2014)
25. Fate (2001) [Yazgi]
26. Jacob's Ladder (1990)
27. Marshland (2014) [La isla minima]
28. Inside (2007) [À l'intérieur]
29. Dogtooth (2009) [ Kynodontas]
30. in Bruges (2008)
31. Antichrist (2009)
32. 12 Angry Men (1957)
33. Full Metal Jacket (1987)
34. The Tribe (2014) [Plemya]
35. James Boy (2014)
36. Earthlings (2005)
37. Letters to Father Jacob (2009) [Postia pappi Jaakobille]
38. The Breakfast Club (1985)
39. Angels of Universe (2000) [Englar Alheimsins]
40. Reconstruction(2003)
List activity
1.2K views
• 0 this weekCreate a new list
List your movie, TV & celebrity picks.
40 titles
- DirectorRobert SchwentkeStarsEric BanaRachel McAdamsRon LivingstonHenry DeTamble, a librarian, possesses a unique gene that lets him involuntarily travel through time. His wife, Claire Abshire, finds it difficult to cope with it.Kinoya yeni baxın qutarıram... Hətta uzun aradan sonra yenidən kinoya baxmağa başladım...Düzdü çox təsir etmirdi artıq kinolar..çox yalnızdım...İndi isə bilmirəm hardan başlayım...Amma mənim üçün ən ideal aktrisalardan biri olan Rachel McAdams filmlərinə baxmaya bilmirəm...İlk olaraq onu deyim ki, kitab oxumağı sevənlər Audrey Niffenegger eyni adlı romanını oxuyub..Eyni adlı roman əsasında yaradılmış bu filmdə həqiqətən kitabdan heç bir fərqli cəhəti yoxdur...
Sevgi bu olsa gərək...Evlənməmişdən əvvəl uşaqlıqdan bəri tanış olduğu "O"-nun genetik xəstəliyini bilir..və yenədə buna baxmayaraq ona olan sevgisindən bunu qəbul edir...və bununlada yaşayır...bir sözlə desək romantika-fantastika-dram kateqoriyasında "About Time" filmindən sonra baxdığım və bəyəndiyim filmlərdən biridir.
P.S - Kinoya baxıb arxa planda çalınan soundtrack-i axtaranlar : Mychael Danna - The Time
My Score -7.1/10 - DirectorVincent GarenqStarsPhilippe TorretonWladimir YordanoffNoémie LvovskyA family man battles to prove his innocence after being accused of a heinous crime.Bioqrafiya-Dram kateqoriyasında izlədiyim ən ağıl almaz filmlərdən biridir. Bu günə qədər niyə izləmədiyimidə bilmirəm. Film psixolojidə təsir edə bilər..Niyə də etməsin..? Özüvü günahsız insanların yerinə qoyun..və bir gün evinizə polislərin gəlib dəlil olmadan, tanımadığınız hər hansı bir insanın yalanı ilə cəzalandırılırsınız..Necə ola bilərsiz..? 20 ay həbsxana qala-qala , heç bir günahınız olmadan günahlandırmaq necə hissdir..? O hissi yaşamayan bilməz..Amma necə hiss olduğunu bilmək istəsəniz baxın... Və Fransa...Fransanın ədalət sisteminin necədə çökdüyü anladan əla bir film..Bu günə qədər yaşanmış ən böyük skandallardan biri.. Hətta günahsız olan insanların biri həbsxanada ölürsə bu lap skandaldır...Amma bu skandalı nə qədər ört basdır etsələrdə əminəm ki, bunu çox bacarmayıb..Amma nə yazıq ki, ədalətsizlə etdikləri işin ədalətsizliklə cəzalandırdılar...
"Allahım, mən bilirəm ki, bu sənin ədalətin deyil..mən burdayam..Sənin ədalətivə görə yox..mən burdayam ..İnsanların ədalətinə görə..."
My Score - 7.8/10 - DirectorMikael HåfströmStarsJohn CusackSamuel L. JacksonMary McCormackA man who specialises in debunking paranormal occurrences checks into the fabled room 1408 in the Dolphin Hotel. Soon after settling in, he confronts genuine terror.Psixoloji-Qorxu tərzində filmləri xoşlayırsınızsa məsləhət görəyəcim bir filmdir. Həmdə S.King-in qısa şəkildə yazılmış romanı və bəzi əlavələrlə ərsəyə gəlib. Qızı öldükdən sonra hər şey mənasızlaşan və heç bir kəsin duyğusunu önəmsəməyən bir ata ...Bu tərz filmlərə çox baxmadığım üçün məni çox cəlb etmədi...Amma bu tərz xoşlayan insanların çox sevəcəyi tərzdən bir filmdir...
"Onsuz hər kəs bir gün ölür..."
My Score - 6.8/10 - DirectorPeter JacksonStarsIan McKellenMartin FreemanRichard ArmitageThe dwarves, along with Bilbo Baggins and Gandalf the Grey, continue their quest to reclaim the Lonely Mountain, their homeland, from the dragon Smaug.Bir çoxumuzun tanıdığı Lord of the Rings seriyasının dəvamı olaraq göstərilən The Hobbit serisinin 2-ci filmi.. Bəli hər zaman ki, kimi öz kateqoriyasında şedevr olaraq qalacaq amma düşünürəm ki, Lord of the Rings serisini keçə bilməyəcək...
Səbirsizliklə 3-cü hissəsini gözləyirəm...Əla filmdir.. Çox sözə ehtiyac yoxdur...Bu tərz film sevənlər mütləq baxsın...Bir çox ölkədə izlənmə rekordları qırmış bir film.
My Score - 8.0/10 - DirectorSam JaegerStarsSam JaegerAmber JaegerVictor GarberSoon after Thom starts operating as an illegal taxi driver in New York City, Claire hires him to drive her to California after her estranged father suffers a heart attack.Hər hansı bir yerdə bu filmi görənlər tövsiyyəm sadəcə boş vaxtınız varsa baxın. Həqiqətəndə çox yerində sıxıldım..Kinonun son hissəsi anlamaq isə...Yol hekayələri haqqında filmləri sevirsinizsə baxın. Romantika çoxda yox idi..Amma istəsəniz ailəcə oturub izləyin...
My Score. 6/10 - DirectorStephen FrearsStarsJudi DenchSteve CooganSophie Kennedy ClarkA world-weary political journalist picks up the story of a woman's search for her son, who was taken away from her decades ago after she became pregnant and was forced to live in a convent.2013-cü ilin ən yaxşı filmlərindən biri.. İzləyərkən aldığım o hissləri deməkdə çətinlik çəkirəm. Din-dən istifadə edərək insanlara əziyyət verən və uşaqları pula satan katolik kilsə və həmin uşaqların "utanan" anaları...Sadəcə izləyin...
8.0 / 10 - DirectorLukas MoodyssonStarsOksana AkinshinaArtyom BogucharskiyPavel PonomaryovSixteen-year-old Lilja and her only friend, the young boy Volodja, live in Russia, fantasizing about a better life. One day, Lilja falls in love with Andrej, who is going to Sweden, and invites Lilja to come along and start a new life.Lilya-nın gərçək həyatı olmasada, bir çox qızın yaşadığı , bütün ölkələrdəki problemi açıq şəkildə göstərən sarsıdıcı bir dram. Film o qədər sarsır ki, izlədikdən sonra yazılası heçnə qalmır. Əgər baxmaq istəyən olsa , nəzərinizə çatdırım ki, emotional yöndən zəif olanlar filmdən uzaq dursun. Psixoloji cəhətdən insanları əsasəndə yaşlı nəsilə, qızlara təsir edə bilər. Filmin hekayəsi 2000-ci ildə İsveçə gedən litvanyalı Danguole Rasalaite (əlavə məlumat yazıb spoiler vermək istəmirəm) -in həyatına əsaslandırılaraq çəkilib. Film İsveç tərəfindən Oskar-da "ən yaxşı xarici dil" kateqoriyasında nominasiya üçün seçilsədə dialoqların rus dilində olmağı və İsveç dilinin heç işlədilməməsi səbəbi ilə namizədlər siyahısından çıxarılmışdır. Əgər çıxarılmasaydı həmin il Oskar alması gözlənirdi.
- DirectorLars von TrierStarsNicole KidmanPaul BettanyLauren BacallA woman on the run from the mob is reluctantly accepted in a small Colorado community in exchange for labor, but when a search visits the town she finds out that their support has a price."...bəzi insanları əhilləşdirməzsiniz, onları pislik etməyə məcbur edəməzsiniz. Pisliklərini üzlərinə vurduqdan sonra sadəcə inkar etməz, sizdən daha da nifrət edərlər! Onları görməzdən də gələməzsiniz, cəzalarını haqq ediblərsə , ediblər. Mərhəmət hər zaman ən doğrusu deyil, ən gözəli və ən əxlaqlısıda deyildir. Sizə pislik edənləri üzrlü görmək, onlara anlayış göstərmək, onların içindəki şeytanı bəslər, böyüdər. Əfv etmək bəlkə də o insana edə biləcəyimiz ən böyük pislikdir..."
Yuxarıda yazdığımı filmə baxdıqdan sonra anlayacaqsız.Tək məkanda keçən az bücdə ilə çəkilmiş gündəlik kinolardan fərqli bir tərzdədir. İlk 70-80 dəqiqəsi sıxıcı olsada sonradan hadisələr psixoloji hal almağa başlayır. İnsanın yaxşılıq uğruna kölə kimi istifadə edilməsi və hər kəsin bundan faydalanması çox gözəl göstəriblər. Son səhnəsində hər zaman ki, kimi Trier təəccübləndirir. Bəlkə də, digər filmlərindən fərqli olaraq bizi psixoloji cəhətdən biraz rahatladır. Trier sevənlər üçün şahəsər olsada action, thriller, horror və s. filmlər sevənlər uzaq dursun. Kino heavy dram (ağır dram) olsa da, dəyişik tərzdə filmləri bəyənməyənlərdə uzaq dursun. Hər kəsə tövsiyyə etməyəcəyim tərzdə bir şah əsərdi. Trier insanları, insanların təbiətini çox əla analiz edə bilir. -spoiler- "Son səhnəsində mən daha sadistcə davranardım...Hətta bir an əfv edəcək deyə psixologiyam pozuldu "- Spoiler - DirectorMikael HåfströmStarsAndreas WilsonHenrik LundströmGustaf SkarsgårdA teenage boy expelled from school for fighting arrives at a boarding school where the systematic bullying of younger students is encouraged as a means to maintain discipline, and decides to fight back." İnsanları heyvanlardan fərqləndirən tək cəhət şüurları deyil, onların əxlaqlarıdır..."
Şm.Avropa kinomotoqrafiya birliyinin filmlərindən biridir. Hər filmlərində olduğu kimi yenə soyuq münasibətlər ön plandadır. Film təhsil sisteminin sərtliyini , sürü anlayışının yanlışlığını, itaətkarlıq qavramını açıq şəkildə tənqid edir. Həmçinin yenə filmdə psixoloji-gərginlik yaşaya bilərsiz. Mikael Hafström-ün ilk uzun metrajlı filmi olmasına baxmayaraq Oskar-da "ən yaxşı xaricidildə kino" nominasıyasından biri olub. Filmin hekayəsi real hadisələr əsasında çəkilib. (personajların adları dəyişdirilib.) - DirectorGuy FerlandStarsTom CavanaghBen FosterRandy HarrisonTrevor is a troubled high school student, thanks to the effects of bullying. This is the story of his fight to break free.Bəsit film film olduğuna baxmayın "məktəbdə şiddət " temalı ən yaxşı 3 filmdən biridir. Hər kəsin izləməsini tövsiyyə edirəm əsasəndə müəllimləri və ya təhsil sahəsində işləyən dostları. Film kaş daha tanınmış insanların əlindən keçərdi. Lazım olan marağı görərdi. Final səhnəsi mükəmməl idi. Film Columbine High School -da olan hadisələrdən dərs çıxarılması üçün hazırlanmış 1999-cu ildə yayımlanan "Bang, bang you're dead" adlı teatr-ın kino versiyasıdır.
- DirectorJoseph SargentStarsCliff McMullenYasiin BeyLuray CooperA dramatization of the relationship between heart surgery pioneers Alfred Blalock and Vivien Thomas.HBO (Amerikan ən nüfuzlu kanallarından biridir) kanalı tərəfindən ərsəyə gəlmiş TV-Movie-dir. HBO kanalı kütlə üçün film, serial çəkmir. Buna görə də hər il Emmy mükafatlarına embarqo qoymağı bacarır. Araşdırsanız görəcəksiniz etmiş olduğu serialları, TV-movie-ləri. Bu filmdə onlardan biridir. Söhbət ilk dəfə açıq şəkildə bypass əməliyyatından gedir. Məşhur həkim Blalock və həkim nüsxəsi olmayan eyni zamanda "colored" (qara dərili insanlar) olan Vivian Thomas-ın hekayəsidir. V.Thomas, hər insan azad və eyni haqqlara sahib olaraq doğar deyən Amerikan-ın 3-cü dərəcəli vətəndaşıdır.
Kinoya baxmazdan əvvəl sizə o zaman ki , "colored" insanlara olunan haqsızlıqları deyim :
1. Hər nə olursa olsun, hər zaman ağ dərili insanlara yol verilməlidir.
2. Avtobusda istənilən yerə otura bilməzdi.
3. İstədiyi bank-a pulu qoya bilməzdi və qoduğu bank müflis olana qədər pulunu çəkə bilməzdi...
Belə şəraitin olduğu vəziyyətdə yaşamağa çalışan , xəyalları olan V.Thomas və Blalock-un hekayəsinə bir çoxunuzun baxmasını məsləhət görürəm əsasəndə Tibb sahəsində çalışan və ya marağı olan insanların. - DirectorMarc RoccoStarsChristian SlaterKevin BaconGary OldmanAn eager and idealistic young attorney defends an Alcatraz prisoner accused of murdering a fellow inmate. The extenuating circumstances: his client had just spent over three years in solitary confinement." Siz heç 5 dollar oğurladığınız üçün həbsxanaya girmisiz ?"
1995-ci ildə çəkilmiş K.Bacon və Gary Oldman kimi aktyorların yer aldığı bir kənarda durmuş və düşündüğüm qədəri ilə haqsızlıq olunan filmlərdən biridir. Sleepers filmidə haqsızlıq olunan filmlərdən idi. 1996-cı ildə Kevin Bacon bu roluna görə Oskara namizəd olmalı idi və hətta qazanmalı idi.
Kino 5 dollar oğurladığı üçün Alcatraz həbsxanasına düşən Henri Young və insanlıq dışı hadisələrdən danışır. Mövzunun real hadisələrdən götürüldüyünü nəzərə alsaq olunan haqsızlıqlar, tədbirlər həqiqətəndə insana psixoloji yöndən zərbə vurur. Bu böyük insanlıqdan ayıbını dram,biografiya və Hüquq tələbələrinin mütləq izləməsini tövsiyyə edirəm. - DirectorIngmar BergmanStarsBibi AnderssonLiv UllmannMargaretha KrookA nurse is put in charge of a mute actress and finds that their personae are melding together.İlk öncə onu deyim İngmar Bergman-ın şahəsəri və bir çox filmin ilham qaynağı olmuş bir filmdir. İ.Bergman filmi çəkməzdən əvvəl 1965-ci ildə xəstə idi. Başı dəhşətli şəkildə fırlanırdı hətta yatarkən belə baş fırlanması yaşayırdı. Bergman tavana baxaraq 2 üzün bir-birinə birləşdiyi düşünməyə çalışar və bundan sonra müalicəsi müsbət şəkildə dəvam edər. Sağaldıqdan sonra isə pəncərədən baxarkən çöldə xəstə ilə ona baxan həkimi görər. Persona filmi bu iki insanın münasibətləri əsasında çəkilmişdir. Persona nevrozların filmidir. Filmə baxmazdan əvvəl Carl Gustav-ın eyni adlı teoriyasını araşdırmanızı tövsiyyə edirəm. Bu teoriyaya görə,insanlara göstərdiyimiz üzlər başqasının görməsinə icazə verdiyimiz bizim bir parçamız olan persona-dır. Cəmiyyət tərəfindən pis reaksiya görməmək üçün gizlətməyə çalışdığımız bir hissədir. Persona digər adıyla insanların taxmış olduğu maskadır.
Ətraflı məlumat : https://en.wikipedia.org/wiki/Persona_(psychology)
Filmdə insanların gərçək üzlərini sorğulamaq imkanımız olur. Sizcə ən yaxın bildiklərimiz bizə gərçək üzünü mü göstərir ? Sizcə hamısı maskamı taxır..? Sadəcə digər insanların olmaq istədikləri kimi davranmağa çalışarıq. Özümüzü sevirik kimi göstərib əslində sevmərik. Və o qədər gözəl aktyorluq edərik ki, bir zaman sonra hansı üzümüzün gərçək olduğunu anlamarıq belə. Ən yaxşısı susmaq və dinləmək, bəlkə də həqiqətən dinləməyi bacara bilsəm insanların heç vaxt etmədiyi kimi digərlərinin maskasını aşağı sala bilərəm, bir an olsa belə səmimiyyəti və məsumiyyəti görmək üçün persona-nın dilini kəsə bilərəm. Susdum artıq, sadəcə dinləyirəm, başqasını oynamaqdan əl çəktim, mənə əvvəl özünüzü, sonra isə məni verin...Bergman insan psixologiyasını çox incə şəkildə təhlil edib. Filmi bir neçə dəfə izləməkdə fayda var.Çünki film gücünü dialoqlardan alır. Hətta filmdə bəzi səhnələrdəki dialoqlar təkrarlanır. Bergmanın dialoqları 2 dəfə təkrarlatmasının səbəbi bütün diqqətləri filmin dialoqlarına çəkməsidir. Niyə insanlar heç bir zaman özündən razı qalmaz ? Hər zaman qarşısındakı adam olmaq istər ? Heç danışmadan və yaxud ancaq danışaraq problemləri həll etmək mümkündür mü ? Həmçinin "Analıq" qavramı haqqında bir-birimizi sorğuladığımız bir filmdir. Film haqqında heç bir şey bilməyən insan filmə baxdıqdan sonra heç bir şey anlamır. Bunu bilən Bergman "Anlatmaq istədiyimiz hekayə dinlədiyiniz hekayə ilə eyni deyildir " deyir.
Son zamanlarda psixoloji filmlər deyildikdə insanlar qorxu filmlər başa düşür. Orda tökülən qanlar, qan-dondurucu hadisələr insanların psixologiyasına təsir edir. Haqlıdılar . Amma insanın özünü sorğulaması, əsasda bu filmdən sonra hər kəs mi maska taxır ? və ya "mən fərqliyəm , maska taxmıram " deyə fikirləşəcəksiniz bilirəm. İnsan psixologiyasına dərindən təsir edən mükəmməl bir filmdi. Film də deyil sənət əsəridir.
Mənə görə filmin ən mükəmməl səhnəsi - https://www.youtube.com/watch?v=oyFc3Nsncqw - DirectorBrad McGannStarsMatthew MacfadyenMiranda OttoEmily BarclayA disillusioned war journalist's return home is blighted when he becomes implicated in the mysterious disappearance of a teenage girl he has befriended."Hər kəs olmaq istədiyi kişi ola bilməz..."
İncendies və Twice Born tərzində bir filmdir. Brad McGann-ın ilk və tək filmdir. Çünki filmi çəkdikdən 3 il sonra vəfat etmişdir. Ən yaxınlarımız belə bizim ən dərinimizə çatmağa çətinlik çəkərkən bir çox insanın yalnız qalması normaldır. Yalnızlıq o qədər insana təsir edər ki, bir gün insan ya ruhunu yada şəhərini dəyişmək istər. Öz doğub böyüdüyümüz şəhərə, qəsəbəyə , kəndə getmək hər zaman təsirli olmuşdur. İlk dəfə sevdiyimiz qızın, ilk dəfə dava etdiyimiz yerə yenidən gəlmək canımızı bəzən dərindən incidər. Paul mükafat almış bir müharibə fotoqrafçısıdır. Paul Grozny-də müharibə şəkilləri çəkərkən həyati məlumatlar öyrənir. Vicdanına sahib çıxa bilməyən Paul bu məlumatların öyrənilməsinə əngəl olmur və bunu öyrənən rusların etdiyi soyqırıma tamaşaçı qalan Paul sarsılmışdır. Pulitzer mükafatını almaqdan imtina edən Paul atasının ölümü ilə qəsəbəyə qayıdar. Amma keçmişdə yaşanmış hadisələrlə üzləşməli olur. Celia adlı bir qız dost olar və maraqlı söhbətlər keçirər. Celia atasını axtaran gənc bir qızdır. Səhv anlamalar, ailə problemlərinin yaşadığı filmdə soyuqluq , hüzün ön plandadır. Gələcəkdə atasının kim olduğunu öyrənən Celia ilə birlikdə tamaşaçılar şok yaşayacaqdır.
Filmdə işlədilən musiqilər mükəmməldir. Ən xoşladığım Demons mahnısı oldu...
https://www.youtube.com/watch?v=AMdm9q9U0N0 - DirectorLarysa KondrackiStarsRachel WeiszMonica BellucciVanessa RedgraveA drama based on the experiences of Kathryn Bolkovac, a Nebraska cop who served as a peacekeeper in post-war Bosnia and outed the U.N. for covering up a sex trafficking scandal.Film Kathryn Bolkova adlı amerikalı polisin Bosnia-da işlədiyi vaxtı tamaşaçı qaldığı qan-dondurucu hadisələrə əsaslanır. Ağrıverici, psixoloji təsir edən filmlərdəndir. Bəzi səhnələrdə gərginləşməmək əldə deyil. Müharibədən sonra Bosnia.. amerika, birləşmiş millətlər öz seçdiyi insanları humanistliyi, ədaləti bərqərar etmək üçün Bosnia-ya göndərir. Lakin amerika, birləşmiş millətlər sadəcə TV-lərdə çıxıb aktyorluq etməkdən başqa nə bilir !? birləşmiş millətlərin qarışdığı bir hadisəyə tamaşa edirik.. Dünyanın ən böyük problemlərindən olan qadın ticarəti. Aldadılaraq qaçırılan qızların seks köləsi edilməsini izləyirik. Kinonun aktyorlar komandası mükəmməl olsada Rachel Weisz kinonu tək aparır. Avropanın ortasında yerləşən və sırb müsəlman olduqları üçün soyqırıma məruz qalsada heçnə edilməyən Bosnia və soyqırımdan sonra qadın ticarətinə məruz qalan bir ölkə...Təkcə bu problem Bosnia-nın deyil...Bir çox iç müharibəsi yaşayan ölkənin problemidir. İzlədikdən sonra asanlıqla həzm edə biləcəyiniz bir film deyil.
- DirectorMichael HanekeStarsSusanne LotharUlrich MüheArno FrischTwo violent young men take a mother, father, and son hostage in their vacation cabin and force them to play sadistic "games" with one another for their own amusement.Film başlarkən sakit tərzdə mahnı ilə başlayır və mənzərə ürək açandır. Ailə həftə sonunu yaxşı keçirmək üçün yaz evlərinə gedirlər. Sakit tərzdə gedən mahnı birdən metal rock-a çevrilir və qırmızı hərflərlə Haneke yazılır. Bunu bir çoxunuz filmə başlamazdan əvvəl fikir verməmisiniz. Amma əminəm ki, sakit mahının metal rock ilə əvəz olunması bir çoxunuzu incidə bilər. Filmdə american horror/thriller filmlərii gülünc vəziyyətə salan səhnələr var. Belə ki, ata ilə oğul qayıqdan qayıdarkən bıçaq yerə düşür. Həmin epizodu Haneke bütün tamaşaçılar görsün deyə yaxın plan çəkir. Filmə baxan bir çox insan əla başa düşür ki, həmin bıçaq filmin müəyyən səhnələrində meydana çıxmalı idi. Film həqiqətən ilk 10 dəqiqəsindən başlayaraq sona qədər axıcı tərzdə gedir. Haneke təkcə horror filmləri ilə məzələnmir həmçinin tamaşaçının əsəblərini mükəmməl pozmağı bacarır. Haneke interview-ların birində Hollywood filmlərinə olan antipatiyasını belə ifadə etmişdir : " Bütün dünya amerikan filmlərinin mədəniyyəti formasına gəlib. Amerikan filmlərinin izləyici sayı (fransız filmlərini çıxmaqla) 90%-dan çoxdur. Bu gərçəkdir. Yalandan özümüzü aldatmağa dəyməz.." 10 il sonra Haneke Funny Games 2 filmini Hollywood filmi kimi çəkəcəkdi. Amerika mədəniyyətinə uyğun. Bu fikir Funny Games fanatlarının xoşuna getməmişdi. Bunun məqsədi klassik american horror filmlərinə öyrəşən tamaşaçıların faizini alt-üst etmək idi. Haneke məqsədinə nail olur. Çünki Funny Games 2 amerikada sevilmir. Funny Games almaniya və avstriya xalqı üçündür. Funny Games 2 isə amerikan xalqı üçündür. Filmdə bəzi nöqtələrə deyinmək istəyirəm hansı ki, psixoloji nöqtədən təsir edən səhnələr :
1 - Ailəyə işgəncə olunarkən Paul-un üzünü tamaşaçılara çevirərək "Onların tərəfəni tutursuz, elə deyilmi " deməsi.
2. Yenə filmin sonlarına yaxın Paul-un tamaşaçılara çevrilərək "nə gözləyirsiz ? məntiqli bir son mu ?" deməsi.
və yuxarıda sadaladığım Hollywood ilə məzələndiyi epizodları deyə bilərəm.
Əminəm ki, filmə baxarkən hamınız Hollywood thriller-horror filmlərindəki kimi hər səhnədə fərqli bir şeylər gözləyirsiz. Amma hamısı boşa çıxır. Çox ümid bəsləməyin. Bu bir Haneke filmidir. Bu bir Haneke psixologiyasıdır.
7.5 /10 - DirectorRichard LaGraveneseStarsHilary SwankImelda StauntonPatrick DempseyA young teacher inspires her class of at-risk students to learn tolerance, apply themselves and pursue education beyond high school.Hilary Swankın filmlərini bəyənirəm. İçində hüzün var, rahatlıq var. Buda onun kimi filmlərdən biridir. Freedom Writers Diary adlı kitaba əsaslanaraq çəkilmiş filmdə bir kənara itilmiş irq ayrı-seçkiliyi ilə böyüyən və məktəb təhsilinin onların həyatına kömək etməyəcəyini düşünən şagirdlər haqqındadır. Amma bu fikri dəyişdirən bir müəllimə. Onlara təhsilin çöldəki pisləklərdən daha önəmli olduğunu öyrətməyə çalışıır.
- DirectorMick JacksonStarsClaire DanesJulia OrmondDavid StrathairnA biopic of Temple Grandin, an autistic woman who has become one of the top scientists in the humane livestock handling industry."Təbiət heyvanlar üçün mərhəmətsizdir, amma bu bizim də mərhəmətsiz olmağımızı aşılamır. "
HBO film və serial mövzsunda yenə necə əhəmiyyətli kanal olduğunu göstərir. HBO kanalı heç bir zaman reytinq üçün film və serial çəkməsədə hər zaman ən reytinqli məhsullar bu kanaldan çıxır. Temple Grandin filmi mövzu etibarı ilə "A Beautiful Mind" və "Forrest Gump" filmlərinə oxşayır.
4 yaşında Otizim diaqnozu qoyalan, danışmaz denilən və cəmiyyətdən çıxarılması üçün müəyyən otizim mərkəzləri məsləhət görülən Temple Grandin-in real həyatına əsaslanaraq çəkilmiş bir filmdir. Claire Danes Oskarlıq performans göstərsədə, diqqətə alınmayıb. Film TV-movie olduğu üçün o qədərdə məşhur olmasada 2010-cu ildə 7 kateqoriyada qazanmış olduğu Emmy və Golden Globe mükafatları ilə diqqət çəkməyi bacarır. Temple Grandin bir çox otizm xəstəsinə ilham qaynağı olmağı bacarmışdır.
"Fərqliyəm amma əksik deyiləm" - DirectorAlan ParkerStarsKevin SpaceyKate WinsletLaura LinneyA man against capital punishment is accused of murdering a fellow activist and is sent to death row."- Səni öldürməklərinə icazə verəcəksən ?
+ Onsuz da ölməmək üçün bir şəkildə yaşamağa çalışırıq, yeyirik, içirik, dua edirik..Bəs ölüm haqqında kim nə bilir ? Bəlkə də ölüm bir hədiyyədir. "
Yaşadığı ərazidə ölüm hökmünün yığışdırılması üçün , ədalət üçün insanların ölməsinin əleyhinə olan Dr.David Gale aldadılır və buna görə insanların gözündə pis görünməyə başlayır. Həyatda mübarizə apardığı şeylər uğrunda öz həyatını ortaya qoyur.
"Sadəcə gələcəkdəki həyatımızın xəyalını qurarkən belə xoşbəxt oluruq ..."
Mistik, Thriller filmlərini sevənlərə tövsiyyə edirəm.Sonluq təəccüb doğurmağı bacardı.
David Gale professor olsada təcavüz damğası vururlur və həm işindən, həm də ailəsindən ayrılır.Uşağını görmədiyi üçün tez-tez depressiyaya düşən Gale həyatda ölüm hökmünün yığışdırlması üçün əlindən gələni edir. Hətta bunun üçün öz həyatınıda ortalığa qoyur. - DirectorBilly Bob ThorntonStarsBilly Bob ThorntonDwight YoakamJ.T. WalshKarl Childers, a simple man hospitalized since his childhood murder of his mother and her lover, is released to start a new life in a small town.Karl üçün izləməyə dəyər bir filmdi. Başdan-sona qədər dram izləyirsiz.Həm ağlayısız , həm gülürsüz. Mövzu olaraq bəlli mövzudur. Amma içindəki dialoqları ilə, musiqiləri ilə möhtəşəm filmdir. Some folks call it a sling blade adlı qısa metrajlı film üzərinə çəkilsədə uzun metrajlı hissəsi daha çox bəyənilmişdir. Bəzi filmlər vardır bitdikdən sonra fikir yaza bilməzsən "şərhsizdir". Bəli, bu filmdə şərhsizdir.
- DirectorBennett MillerStarsSteve CarellChanning TatumMark RuffaloU.S. Olympic wrestling champions and brothers Mark Schultz and Dave Schultz join "Team Foxcatcher", led by eccentric multi-millionaire John du Pont, as they train for the 1988 Olympic Games in Seoul, South Korea, but John's self-destructive behavior threatens to consume them all.Film Amerikanın əfasəni güləşçi adlandırdığı Mark Schultz -un 1984 Olimpiya birinciliyindən sonrakı Dave və Du pont-un arasındakı münasibətlərə əsaslanaraq çəkilib. 1984-cü ildə Mark və Reşit Karabacak arasında final mübarizəsində Reşit açıq ara öndə olsa da Mark haqsız fəndlə Reşitin qolunu qıraraq Olimpiya çempionu olur. Kino 1984-cü il Olimpiya çempionluğundan sonrakı 1988-ci il Seul-dakı Olimpiya çempionluğu və bu müddət ərzindəki 3-lünün arasındakı münasibəti psixoloji birazda dram olaraq çatdırmağa çalışır. Sözün gərçəyi filmdə utanc verici 1984 cü il Olimpiya çempionatı haqqında danışılmaması yaxşıdır. Çünki o zamanlar Olimpiya çemionatı Amerikada keçirilirdi və buna görə haqsızlıq doğru kimi qəbul edilmişdi. Film 1984-cü ildəki hadisələrdən başlayır və 1988-ci il Seul Olimpiya çempionatı ilə sona çatır. Filmdə həmin səhnə açıq şəkildə göstərilməsədə həmin oyunda yenə türk olan Necmi Gençalp Mark-ı biabır edərək məğlub edir. Bundan sonra film Du Pont-un egosu ilə özündən keçməsi və Dave-i öldürməsi ilə başa çatır. Həmçinin Mark Seul-dan sonra güləşi buraxır. Film Du Pont -un egosuna görə Mark-ı yox etməyə çalışması haqqında psixoloji dram kimi getsədə o hisslər yaxşı çatdırılmayıb. Ortadan sonlara qədər sıxan bir film oldu.
5/10 - DirectorJan KounenLaurent LafranBruno VatinStarsJean DujardinJocelyn QuivrinPatrick MilleThe life of Octave Parango, a flamboyant ad designer, filled with success, satire, misery and love.Reklam şirkətində çalışan Parisli biri artıq öz sənətinin manipulatsiyasından, namərdliyindən iyrənmişdir. Hətta ,o, iddia edir ki, özünü 99 Franc-a öldürə bilər...Yada gözləyin, edə bilməz ! Bəlkə edə bilər ?
" Hər şey müvəqqətidir. sevgi, sənət, dünya adlanan kainat, sizlər,mən. Hər şey müvəqqətidir və pul ilə əldə oluna biləndir. İnsanlarda digər məhsullar kimi son istifadə tarixi olan məhsuldur. Ölüm həyatdakı təqviminizdə qeydiyyatda olmayan tək görüşdür.." ...- Frédéric Beigbeder .F.Beigbeder Bakıda bir zamanlar hamının əlində gəzdirdiyi 99 Francs adlı kitabın yazarıdır. Kiabın adı 2000-ci illərdə nəşr olunanda fərqli olsada. Sonrakı nəşrdə "99 Francs" kimi dəyişdirilmişdi.
Film reklam və kapitalizm-i tənqid edir. Reklamın insan həyatından önəminə toxunur. Reklamsız məhsulunuzu necə satardız ?
(spoiler) Filmdə Octave adlı reklam ssenaristi həyatını istədiyi kimi yaşamaqdadır. Ən bahalı geyimlər tutmuş,qızlara qədər. Xobəxtliyinin tək səbəbi isə - narkotikdir. Çalışdığı yerdə Sophie adlı qız ilə tanış olar və özünü reklam etməkdə usta biri olan Octave qız ilə çıxmağa başlar. Bir gün Sophie hamilə qaldığını açıqlar. Octave bunu qəbul edə bilməz. Çünki o, narkotik,fahişələr daha xoşbəxt olduğunu düşünər. Sophie isə sevgiyə önəm verən biridir. Ayrıldıqdan sonra Sophie-nin yoxluğunu yaşayan Octave artıq depressiyaya düşmüşdür. İşində həddindən artıq uğurlu olan Octave reklam ssenarilərinin monotonlaşmasını xoşlamır. İnsanların artıq ucuz şeylərə aldandığını düşünməyə başlayır və bir anda öz işindən nifrət etməyə başlayır. Film 2 fərqli sonluq ilə bitir : İlki standart sonluqla, digəri isə sizin istədiyiniz sonluqla...(spoiler)
99 Francs romanından :
"Reklamcıyam. Kainatı çirkləndirirəm. Mən sizə pis şeyləri satan adamam. Heç vaxt sahib ola bilməyəcəyiniz o şeylərin xəyalını yaşadan. Photoshop ilə hazırlanmış qüsursuz bir xoşbəxtlik. Çətinliklə yığdığınız pul ilə, son kampaniyada itələdiyim xəyallarınızın maşınını almağı bacardığınızda mən onu çoxdan dəbdən salacam. Sizi yenilik aludəçisi edirəm. Yeniliyin özəlliyi heç bir zaman yeni qalmamasıdır. Mənim işimdə heç kimsə sizin xoşbəxt olmağınızı istəməz çünki xoşbəxt insanlar heç nəyi tükətməzlər. Çəkdiyiniz peşmanlıq, ticarəti canlandırır. Baxın mənim mübarizəm budur. Hədəfim isə sizlərsiniz."
Yazar 10 il ərzində Reklam şirkətində çalışdı. Təbii olaraq, kitab yazdıqdan sonra bir çox reklam şirkəti tərəfindən təzyiqlər aldı. - DirectorStanley KubrickStarsMalcolm McDowellPatrick MageeMichael BatesIn the future, a sadistic gang leader is imprisoned and volunteers for a conduct-aversion experiment, but it doesn't go as planned.4 kateqoriyada Oskara namizəd göstərilsədə bir çox ölkədə qadağan olunmuş bir filmdir. İrlandiya, İspaniya, C.Koreya, Sinqapur, Malayziya kimi ölkələrdə qadağan olunmuşdur. Səbəb isə təcavüz səhnələrinin olmasıdır. Kubrick-in ölümündən sonra isə İngiltərədə qadağan qalxmışdır və kino göstərimə girmişdir. Filmin İrlandiya və İngiltərədə qadağan olunmasının səbəbi isə əslində başqadır. Beləki kinoda gördüyünüz kimi İngiltərədəki xaos, polislərin vəzifəsindən sui-istifadə etməsi həmçinin nazirlərin seçkidə qazanması üçün insanları siyası bir obyekt görməsini tənqid edir. Film dystopia ( günümüzdəki ideal cəmiyyətin getdikcə pisləşərək arzuolunmaz və ya qorxulu hala gəlməsi haqqında bir düşüncə tərzidir.) tərzi filmlərin ən yaxşılarındandır. Mövzu kimi bir gəncin etdiyi lüzumsuz hərəkətlər göstərilsədə əslində film daha çox mövcud sistemi tənqid edir və sistemin gələcəkdə yarada biləcək problemi göstərir. Dystopia filmi olduğu üçün ilinin köhnə olmasına baxmayın. Filmdə onsuz o dönəmi göstərir. Xaos vəziyyəti ilə qarşı-qarşıyasınız. Əsas sual budur - 1971-ci ildən bu günə qədər anlatmaq istədikləri dəvam mı edir..? Sizcə həqiqətəndə insanlar əhilləşdirilərək şiddət yox edilə bilər mi ? Məsələn günümüzdən götürək. Əgər siz hər hansı bir insana salam versəniz cavab verməyə bilər. Amma həmin insanı söysəniz mütləq cavab verəcəkdir...Kubrick, insanın təbiətində olan pisliyin, şiddətin, mənfəət hissinin əhilləşməyəcəyini göstərməyə çalışır. Sizcə bacarar mı ? Filmdəki qəhrəman Alex-in şiddətə qarşı reaksiyasının azaltmaq üçün ona şiddətə sahib təcrübələrə aparılır. Bir şiddət başqa bir şiddət üsulu ilə əhilləşdirilməyə çalışır. Bəs şəhvət arzusu ? O müəyyən testlərdən sonra əhilləşdirilə bilər mi ? Bu qədər ağır testlərdən sonra Alex cəmiyyət içindədir. Ən yaxın dostları tərəfindən satılan Alex və yəqin ki, o intiqam hissələrini hamımız yaşamışıq. Bəlkə ondan daha çox intiqam almaq istərdik. Amma artıq Alex şiddətə qarşı əhilləşdirilmişdir. Ona görə artıq ona xəyanət edən dostlarına qarşı şiddət göstərə bilməz. Bəs insan özünü necə qorumalıdr ?
S.Freud mənə görə insan psixologiyasını çox gözəl təhlil etmişdir. Ona insan ruhunu 3 mərhələdə təhlil etmişdir. Bunlardan biri insanın heyvansal duymaya (instinct) qarşı gələn şüur, istəklərimizi , ehtiraslarımızı idarə edən ego , digəri isə cəmiyyət ilə ayaqlaşmağımıza kömək edən , "vicdan" da deyə biləcəyimiz nəzarət mexanizmi olan superego-dur ( Daha ətraflı https://en.wikipedia.org/wiki/Id,_ego_and_super-ego)...
Kubrick-ə görə əsas məsələ Freud-un bu təhlilidir. İnsan özünə hakim ola bilməyəndə, öz istəkləri, ehtirası egosuna üstün gələndə ortaya superego çıxır.
Filmdə bir çox kreativlik ön plana çıxır. “Singing in the rain” mahnı ilə 1952-ci ildəki həmin kinoyada göndərmə edilmişdir. Həmin filmə baxmayan üçün onu deyim ki, filmdə həyatın necədə yaşamalı, gözəl olduğu göstərilir. O zamanlar insanların mehriban, şiddətsiz mahnılar ilə dans edib əylənərək əks etdirilməsi göstərilir. Lakin Kubrick öz filmində bunun elə olmadığını açıq şəkildə göstərir. O zamanlarda İngiltərənin (təkcə buranın deyil) necə də təhlükəli olduğunu, insanların hətta dostların belə, güvənsiz olduğunu göstərməyə çalışıb.
Film yayımlandığı ilk gün tənqid atəşlərinə tutuldu. Bir çox ölkə müxtəlif bəhanələr ilə qadağa qoydu. Əslində səbəb təcavüz səhnələri deyildi. Louis Bunuel (ispaniyalı rejissor və ssenarist) "A Clockwork Orange" demişdir ki, "hal-hazırda mənim ən sevimli filmimdir. Çünki bu film modern dünyanın pisliklərini göstərən tək filmdir."
Filmdə həmçinin Kubrick Bethovenədə böyük yer vermişdir.Əsas personaj Alex Behtovenin sənəti ilə zarafatlaşan dostuna "bu günahdır, onun musiqisinə etdiyin hörmətsizlik günahdır..." demişdir.
Diqqətimi çəkən və bəyəndiyim o musiqi.
https://www.youtube.com/watch?v=HI-mDTdeKR8
A.Burgess-in kitabı əsasında çəkilsədə Film romandan daha çox səs gətirmişdir. - DirectorDamián SzifronStarsDarío GrandinettiMaría MarullMónica VillaSix short stories that explore the extremities of human behavior involving people in distress.Adından bəlli olduğu kimi insanların intiqam uğruna bir-birinə etdiklərini göstərən 6 hekayədir. Bu günə qədər heç yadıma gəlmir bu tərzdə film izlədiyim. İnarittu-nun "Ölüm" üçləməsini (Ameros Perros, 21 Grams, Babel) və Crash filmlərini baxmazdan əvvəl bu filmlə eyni tuturdum. Zənn edirdim ki, 6 qısa hekayə bir-biri ilə bağlanacaq. Amma heç bir yerdə bağlanmadı. Bir hekayə başladı bir hekayə bitti. Axıcı olsada bu sizləri sıxa bilər. Kaş film bir nöqtəyə bağlansaydı. Musiqiləri gözəl seçilmişdi. Ssenari bəsit olsada gözəl idi. Əsasəndə mühəndis olan səhnə. O səhnə tam dərslik səhnə idi. Bu problem tək 1 ölkə də deyil bütün ölkələrdir deyəsən. 6 hekayəni tək-tək dəyərləndirsəm :
1-ci hekayə çox bəsit idi. Gabriel Pasternak həyatda ona xəyanət edən, irəli getməsinə əngəl qoyan bir sözlə nifrət etdiyi hər kəsi təyyarəyə yığır və sonda təyyarə anası və atasının evinə düşür. Bu hekayə məntiqsiz idi. Bu ehtimal çox çox kiçikdir. Bu hekayədə diqqətimi çəkən bir hadisədə musiqi, kino criticizing edənlər A class olmasada B,C class həyat yaşayır. Tənqidçilərin fikirləri önəmlidir. Lakin bu bizim ölkədə belə deyil. Heç bir class-a aid deyil. Bu üzücüdür.
2-ci hekayə paradoks nöqtəsindən yaxşı idi. Sizə görə vaxtı keçmiş zəhər mi ziyanlı olar yoxsa vaxtı keçməmişmi...? Cavan qız yaxşılıq nümayəndəsi olsada qoca xanım bəslədiyi intiqam ilə bəlkədə çoxumuzun istədiyi forma idi.
3-cü hekayə reallıq baxımdan mükəmməl idi. Bütün maşın sürənlər biləcək. Kiçik bir ego-ya görə vaxtımızı necə boş-boş xərcləyirik və hətta bu ölümədə çevrilə bilər.
4-cü hekayə kinonun ən mükəmməl səhnəsi idi. Tam dərslik. Bir insanın sistemə qarşı çıxması..."Bu işdə 3 yol var. Ya puluvu ödərsən, ya məhkəmə gedib puluvu xərcləyib yenə haqsız vəziyyətə düşüb vaxtıvı xərcləyərsən, ya dakı infakt keçirib ölərsən.." Bu səhnəni, hekayəni sadəcə izləyin.
5-ci hekayə "pul ilə bəzi şeyləri ala bilməzsən" teoriyanı məhv edən hekayədir. Oğlu üçün rüşvət verib, başqasının həyatını puça salan bir ata, rüşvət alan bir "ədalət" qulluqçusu, rüşvət təklif edən "advokat" , oğlunu düşünən "ana" və biraz pul görən kimi görməmişcəsinə daha da çox istəyən kasıb-ın hekayəsidir.
6-cı hekayə və final hekayə "toy" adlanır. İnam, dürüstlük, ədalət, intiqam və digər ünsürlər bu hekayədə toplanıb. Deyəcək bir şey yoxdur... Əgər evlənmək üzrə olduğunuz birinin mütəmadi olaraq cinsəl münasibətə girdiyi xanım sizin toyunuzda olsaydı siz nə edərdiz ? Maraqlıdır...Persona filminə baxanda bu hekayədə taxılıb qala bilərlər...hətta hər insanı sorğulaya bilərlər....
Axıcı film ola bilər, əyləncəli film ola bilər. Amma izlərkən dərs çıxarmağı bacarın. Şiddət şiddət doğurar.
7/10 - DirectorZeki DemirkubuzStarsSerdar OrçinZeynep TokusEngin GünaydinMusa, who works as a bookkeeper in the customs office, believes in the emptiness and absurdity of life. He doesn't struggle to change his life; he lets himself flow along with events because he thinks that it all leads to the same end. The death of his mother doesn't affect him. Although he loves her, her death makes him joyful.Nobel mükafatlı A.Camus-ın "Yad" romanına əsaslanaraq çəkilmiş Zeki Demirkubuz filmi. Zeki Demirkubuz-un “Karanlık Üstüne Öyküler” trilogiyasnın ilk filmidir. Digərləri İtiraf (2001), Bekleme Odası (2003) filmləridir. Əsas obraz olan Musa həyatda heç bir şeyi sorğulamayan, heçnə vecinə olmayan biridir. İnsanların iyi yönlərini qəbul etdiyi kimi onların pis yönlərinidə qəbul edər. A.Camus-un Sisyphus kimi tanıtdığı obraz Musa xarakteridir. Musa heç bir diqqətə almasada, sorğulamasada izləyicilər belə deyil. Cəmiyyətdəki haqsızlıqları, ədalət anlayışını bizə çox gözəl sorğulatan filmdir. Musa-nın komissar və savcı ilə etdiyi söhbət izləməyə dəyər idi.